...

Ramiz Rzayev: "Vətəndaşların hüquqlarının pozulması halları ən çox çox Sabunçu, Suraxanı və Qaradağ rayon məhkəmələrində müşahidə olunur"

Siyasət Materials 3 Fevral 2006 13:03 (UTC +04:00)
Ramiz Rzayev: "Vətəndaşların hüquqlarının pozulması halları ən çox çox Sabunçu, Suraxanı və Qaradağ rayon məhkəmələrində müşahidə olunur"

Vətəndaşların hüquqlarının pozulması halları ən çox çox Sabunçu, Suraxanı və Qaradağ rayon məhkəmələrində müşahidə olunur. Bu barədə Trend ə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev məlumat verib.

Məhkəmə sədrinin sözlərinə görə, ötən il məhkəmələrdə çəkişmə prinsipinin pozulması, məhkəmə proseslərinə tərəflərin dəvət olunmaması və onların hüquqlarının kobud şəkildə pozulması, qərarların savadsız və ədalətsiz tərtib edilməsi halları da qeydə alınıb. Məhkəmə sədri bütün bu halların məhkəmələrin fəaliyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.

"Vətəndaşların müraciətlərinə məhkəmələr tərəfindən aylarla baxılmır. Vətəndaşların apellyasiya şikayətləri əsassız olaraq vətəndaşa qaytarılır ki, müddət pozulub", - deyə R.Rzayev söyləyib.

R.Rzayev onu da bildirib ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən onun törətdiyi cinayətin çəkisi və həmin şəxsin şəxsiyyəti nəzərə alınmır. Birinci instansiya məhkəmələri əksər hallarda təqsirləndirilən şəxslərə ən ağır cəza təyin edir.

R.Rzayev onu da bildirib ki, ötən il ərzində birinci instansiya məhkəmələri tərəfindən 13.700 şəxs barədə hökm çıxarılıb. Həmin hökmlərdən yuxarı instansiya məhkəmələrinə 2001 şikayət daxil olub. Nəticədə həmin hökmlərin 15 faizi ləğv edilib, yaxud dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti