...

AQB gələn həftə toplaşacaq

Siyasət Materials 10 Fevral 2006 16:34 (UTC +04:00)

Azərbaycançı Qüvvələr Birliyi (AQB) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı qərarını gələn həftə blokun keçiriləcək toplantısında verəcək. Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan İslam Partiyasının sədri Hacı Hacıağa Nuri bildirib.

H.Nuri qeyd edib ki, toplantını bu həftəyə təyin etmişdilər: "Lakin fevralın 7-də MSK-ya qarşı qaldırdığım iddia ərizəsi ilə bağlı Səbail rayon məhəkəməsində məhkəmə prosesində iştirakım və Aşura günü ilə bağlı təşkil etdiymiz tədbir iclasımızın keçirilməsinə mane olduğundan gələn həftə toplaşmağa qərar vermişik". Partiya sədri onu da bildirib ki, toplantıda AQB-nin gələcək fəaliyyət istiqamətləri müəyyənələşəcək.

"Ola bilsin ki, təkrar seçkilərə qatılmağımızla bağlı blokumuza yeni üzvlərin qəbul edilməsi məsələsini də müzakirə edək" - deyən H.Nuri bloka daxil olmaq üçün bir neçə partiya rəhbərindən onlara müraciətlər olunduğunu bildirib.

Onu da qeyd edək ki, Vəhdət Partiyası və Azərbaycan Sosial Demokrat Partiyası AQB-dən çıxdıqdan sonra blokda İslam Partiyasından başqa Birlik Partiyası ilə Xalq Dirçəliş Partiyası qalıb.

Xəbər lenti

Xəbər lenti