...

Etibar Məmmədovun liderlik etdiyi AMİP Əli Əliyevi debata çağırır

Siyasət Materials 14 Fevral 2006 14:04 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurası özünü eyniadlı partiyanın sədri sayan Əli Əliyevi debata çağırır. Bu barədə Trend ə Etibar Məmmədovun lideri olduğu AMİP-in sədrinin səlahiyyətlərini həyata keçirən Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov onu da bildirib ki, bu təkliflə onun özü də çıxış edib. Lakin Ə.Əliyev debata gəlməkdən çəkinib: "Onun partiyanın sədrinin adından istifadə etmək hüquq yoxdur. Elə bu məsələlərə aydınlıq gətirmək məqsədilə Əli Əliyevi ictimaiyyətin iştirakı ilə canlı debata dəvət edirik".

AMİP sədrinin əvəzi onu da qeyd edib ki, Ə.Əliyev partiyanın bir neçə rayon təşkilatının sədrini aldadaraq keçirdiyi qurultayına dəvət edib: "Fevralın 12-də partiyanın baş katibinin cənub bölgəsinə etdiyi səfərdə Lerik rayon təşkilatının sədri Əli Əliyev tərəfindən aldanılaraq qurultaya çağırılıb. Əli Əliyev təşkilat sədrinə bildirib ki, keçirəcəyi qurultayda Etibar Məmmədov da iştirak edəcək. Bu yolla o, dörd rayon təşkilatı sədrini aldadaraq qurultayda iştiraklarını təmin edib".

Xəbər lenti

Xəbər lenti