...

"Azərbaycan Yolu" Siyasi Hərəkatı Xocalı soyqırımının ildönümü ilə bağlı xarici ölkələrdə aksiyalar keçirəcək

Siyasət Materials 15 Fevral 2006 16:36 (UTC +04:00)

"Azərbaycan Yolu" Siyasi Hərəkatı Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə bir sıra tədbirlər keçirəcək. Bu barədə Trend ə Hərəkatdan məlumat verilib. "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində 1992-ci il fevralın 26- da ermənilərin vəhşicəsinə törətdiyi qətliam və onun qurbanları yad ediləcək.

Xocalı soyqırımında qətlə yetirilmiş 63 uşağın faciəli ölümünə həsr edilmiş "Onlar heç vaxt böyüməyəcəklər" adlı kitab-jurnal Siyasi Hərəkatın təşəbbüsü ilə Azərbaycan, rus, ingilis dillərində çap olunub. Soyqırımın ildönümü ərəfəsində bu nəşrin təqdimat mərasimi olacaq. Bundan əlavə Xocalı faciəsini əks etdirən Azərbaycan rəssamlarının rəsm əsərlərinin nümayişi və təşkil ediləcək. Hərəkatın təşəbbüsü ilə proitoloq Rövşən Novruzoğlunun bir neçə dildə "Xocalı faciəsi" kitabının yaxın günlərdə nəşri də nəzərdə tutulub.

Ənənəvi olaraq fevralın 26-da "Azərbaycan Yolu" Siyasi Hərəkatının təmsilçiləri və bu qurumu dəstəkləyən ictimai-siyasi təşkilatlar Xətai metrosu yaxınlığında Xocalı faciəsinə həsr olunmuş "Ana fəryadı" abidəsini ziyarət edəcəklər. Analoji tədbirdər Azərbaycanın bölgələrində də təşkil olunacaq. Hərəkat həmçinin, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün Kanada, Norveç, İtaliya, Rusiya, Ukrayna, Türkiyə və digər xarici ölkələrdə də tədbirlər keçirməyi planlaşdırır. Bu ölkələrdə etiraz aksiyaları keçirmək üçün bütün tədbirlər görülüb. Hərəkatın xaricdəki təmsilçiləri Qarabağ faicəsini əks etdirən fotomateriallar, SD-lər və kitablarla təmin ediliblər.

Xəbər lenti

Xəbər lenti