...

Millət vəkili Cəmil Həsənli parlamentə gedib-getməyəcəyi ilə bağlı qərarını fevralın 27-də verəcək

Siyasət Materials 23 Fevral 2006 18:58 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar) sədrinin müavini, millət vəkili Cəmil Həsənli Milli Məclisə qatılıb-qatılmayacağı ilə bağlı qərarını fevralın 27-də verəcək. Bu barədə Trend ə onun özü bildirib.

C.Həsənli qeyd edib ki, bu məsələ ilə bağlı qərarını bütün jurnalistlərin qarşısında elan edəcək.

AXCP (i) sədrinin digər müavini Həsən Kərimov isə qeyd edib ki, partiyanın adından heç kim parlamentin işinə qatıla bilməz.

H.Kərimov onu da bildirib ki, əgər C.Həsənli parlamentə gedərsə bu məsələ partiyanın rəhbər orqanlarında müzakirə olunaraq müəyyən tədbirlər görüləcək. Çünki partiyanın parlamentin legitimliyini tanımamaq barədə qərarı var. C.Həsənlinin parlamentə gedib-getməməsi ilə bağlı partiya daxilində heç bir müzakirələrin aparılmadığını deyən H.Kərimov bildirib: "Cəmil Həsənli Rəyasət Heyətinin iclaslarında dəfələrlə bəyan edib ki, o, partiyanın məlum qərarına tabedir".

Xəbər lenti

Xəbər lenti