...

Zakir Qaralov: Elmar Hüseynovun işi üzrə istintaq tədbirləri davam etdirilir

Siyasət Materials 25 Fevral 2006 14:05 (UTC +04:00)

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılması üzrə istintaq tədbirləri davam etdirilir. Trend Space telekanalına istinadən bildirir ki, fevralın 25-də Azərbaycanın baş prokuroru Zakir Qaralov bu barədə jurnalistlərə deyib.

Onun sözlərinə görə, istintaq qrupu bu yaxınlarda Gürcüstanda olub və həmin ölkənin hüquq-mühafizə orqanları ilə iş aparıb. Baş prokuror deyib ki, yaxın vaxtlarda yeni səfərlər planlaşdırılır və yekunlar haqqında məlumat veriləcək. Z.Qaralov qeyd edib ki, Gürcüstanda istintaqla bağlı uğurlu işlər aparılıb. O, həm də qeyd edib ki, Gürcüstanın hüquq-mühafizə orqanları lazımi dəstək göstərir.

Xəbər lenti

Xəbər lenti