...

Mərkəzi Komitə Araz Əlizadənin seçkilərdə iştirak etməsi ilə bağlı qərar qəbul edib

Siyasət Materials 3 Mart 2006 13:13 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsi partiyanın həmsədri Araz Əlizadənin 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməsi ilə bağlı qərar qəbul edib. Bu barədə Trend ə ASDP həmsədrinin özü bildirib.

Qeyd edək ki, A.Əlizadə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizədliyini verib. Seçkilərdə iştirak edib-etməməsi ilə bağlı fikirləşdiyini deyən A.Əlizadə qəti qərarın martın 3-də partiyanın Mərkəzi Komitəsi tərəfindən veriləcəyini bildirmişdi. ASDP həmsədri seçkilərdə iştirak etməyəcəyini bəzi məqamlarla bağlamışdı.

A.Əlizadə bildirib ki, o, Mərkəzi Komitənin qərarına hörmətlə yanaşdığından seçkilərdə iştirak edəcək. Seçki təbliğatı üçün maliyyə məsələsinin də yaxın günlərdə həll ediləcəyini deyən ASDP həmsədri martın 3-də imza vərəqlərini dairə seçki komissiyasına təqdim edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti