...

Namizədliyini irəli sürənlərdən 18 nəfəri imza vərəqələrini qaytarmadığı üçün seçkidən kənarlaşıb

Siyasət Materials 4 Mart 2006 13:44 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak üçün namizədliyini irəli sürənlərin ümumi sayı 218 nəfər olub. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edək ki, martın 3-də namizədliyin irəli sürülməsi, imza vərəqələrinin təhvil verilməsi başa çatıb. Ona görə də seçkidə iştirak etmək istəyənlər artıq bundan sonra namizədliyin irələ sürə, imza vərəqələrini götürə və qaytara bilməzlər.

Seçkidə iştirak edən 218 nəfərdən 213-ü imza vərəqələrini götürmüşdü. Onlardan 12-si könüllü şəkildə namizədliyini geri görütüb. Qalan 211 nəfərdən 193 nəfəri martın 3-dək imza vərəqələrini dairə seçki komissiyalarına təhvil verib. 18 nəfər isə bu müddətə qədər imza vərəqələrini qaytarmadığı üçün artıq seçkidən də kənarlaşıblar. İmza vərəqələrini verən 193 namizəddən 10 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub. 62 nəfərin isə namizədliyi qeydə alnııb. Namizədlərin qeydə alınması mərhələsi martın 13-də başa çatacaq.

Hakim Yeni Azərbaycan Partiyasından 10 nəfərin, Müsavatdan 6, Ədalət 2, Kommunist, Böyük Azərbaycan, Demokratik Azərbaycan Dünyası, Böyük Azərbaycan Xalq Cəbhəsi, Xalq partiyalarından hər birindən bir nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 30 nəfəri bitərəfdir, 9-u isə siyasi mənsubiyyətini göstərməyib.

Xəbər lenti

Xəbər lenti