...

Sərdar Cəlaloğlu: "Yeni Siyasət" bloku ilə cari əməkdaşlığımızın perspektivi yoxdur

Siyasət Materials 24 Mart 2006 11:01 (UTC +04:00)

"Yeni Siyasət" bloku siyasi bloka çevrilərsə, biz onlarla əməkdaşlıq edəcəyik. Amma bu, yalnız ümummilli məsələlərlə bağlı ola bilər, çünki "Yeni Siyasət"lə cari əməkdaşlığın perspektivi çox azdır". Bu fikirləri Trend ə "Azadlıq" siyasi blokunun həmsədri, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

O qeyd edib ki, "Yeni Siyasət" blokuna daxil olan qüvvələrlə "Azadlıq" blokunun arasında həm konfliktlər, həm də mövqelərində ciddi fərqlər var. S.Cəlaloğlunun sözlərinə görə, həmin blokun təkrar parlament seçkilərində iştiraka qərar verməsi də onların baxışları və hadisələrə yanaşmalarındakı fərqi göstərir.

"Biz ümummilli məsələlərdə bütün blok və partiyalarla, o cümlədən də Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etməyə hazırıq. Bu əməkdaşlıq əsasən Qarabağ mövzusu, yaxud ölkə üçün digər strateji əhəmiyyətli məsələlərlə bağlı ola bilər"-deyə S.Cəlaloğlu bildirib.

Xəbər lenti

Xəbər lenti