...

Etibar Məmmədov martın 30-31-də Romaya gedəcək

Siyasət Materials 28 Mart 2006 14:24 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Avropa Xalq Partiyasının (AXP) qurultayı və 30 illik yubileyində iştirak etmək üçün martın 30-31-də Romaya gedəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə partiya liderinin özü məlumat verib.

AMİP lideri vurğulayıb ki, Avropanın 35 ölkəsindən 65 partiyanı birləşdirən AXP Avropa İttifaqında Ən böyük siyasi təşkilatlardandır: "Mən həmin tədbirə həm AMİP lideri, həm də Beynəlxalq Demokrat İttifaqının sədr müavini kimi dəvət almışam".

E.Məmmədov əldə olunan beynəlxalq əlaqələrdən Azərbaycanın xeyrinə istiafadə edə bilmədiklərini də qeyd edib: "Ona görə ki, bu məsələdə hökumət partiyalarla əməkdlaşlıq etmək istəmir". AMİP lideri onu da vurğulayıb ki, Avropa İttifaqı tərəfindən Naxçıvanda guya erməni qəbristanlıqlarının dağıdılması ilə bağlı məlum qərarın qəbul olunmasında AXP və Avropa Parlamentində demokratlar qrupunun rolu da az olmayıb: "İmkanımız var ki, Romada bu məsələni gündəmə gətirək. Ancaq yenə də bu istiaqəmtdə dövlət tərəfindən dəstək olmalıdır".

AMİP lideri Beynəlxalq Demokrat İttifaqının may ayında Vaşinqtonda toplantısı olacağını, gündəliyin isə aprel ayında hazırlanacağını da bildirib. Onu da vurğulayıb ki, AMİP daim bu qurumda Azərbaycanın taleyüklü məsələlərini qabardıb: "2002-ci ildə Vaşinqton sammitində Azərbaycan terrora məruz qalan ölkələr sırasına daxil edilib. Hətta Cənubi Azərbaycan məsələsi də bizim təşəbbüsümüz ilə gündəliyə salınıb. Ancaq bu məsələlərin müzakirəyə çıxarılması üçün dövlət səviyyəsində iş aparılmalıdır".

Xəbər lenti

Xəbər lenti