...

Litvanın xarici işlər naziri Asim Mollazadəni beynəlxalq konfransa dəvət edib

Siyasət Materials 5 Aprel 2006 13:53 (UTC +04:00)

Litvanın xarici işlər naziri Antanas Ialionis Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəni 2006-cı il mayın 3-də Iilnüs şəhərində keçiriləcək "Avropanın yeni demokratiyaları və Avroatlantika gündəmi" adlı beynəlxalq konfransa dəvət edib. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Konfransın məqsədi Avropa Birliyinin Şərq qonşularının iqtisadi və təhlükəsizlik gündəmini müzakirə etmək və bu ölkələrdə demokratik dəyişikliklərin dərin təhlilini aparmaqdır. Konfransı Litva prezidenti Ialdus Adamkus açacaq. Sonra vacib siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq. Forumun nəticəsi olaraq yekun sənədlər qəbul olunacaq. Bu sənədlər növbəti gün Iilnüsdə keçiriləcək Baltik, Qara dəniz, Avropa İttifaqı və NATO ölkələrinin dövlət və hökumət rəhbərlərinin, xarici işlər nazirlərinin "Iilnüs-2006" sammitinə təqdim olunacaq.

Qeyd edək ki, "Avropanın yeni demokratiyaları və Avroatlantika gündəmi" adlı konfrans ertəsi gün Litva və Polşanın prezidentlərinin təşəbbüsü ilə reallaşacaq "Iilnüs-2006" sammitinin tərkib hissəsi kimi keçirilir. "Iilnüs-2006" sammitinin keçirilməsində isə məqsəd regionun uzunmüddətli perspektivini müəyyənləşdirmək, region ölkələri arasında əməkdaşlığı stimullaşdırmaq, həmçinin, region ölkələri ilə Rusiya, NATO və Avropa İttifaqı arasında dialoqun yeni formalarını axtarıb tapmaqdır.

Xəbər lenti

Xəbər lenti