...

İşçi qrupu MSƏM-in növbəti toplantısına 4 məsələnin müzakirəsini tövsiyə edib

Siyasət Materials 11 Aprel 2006 18:00 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) işçi qrupunun aprelin 11-də növbəti toplantısı keçirilib. Bu barədə Trend ə MSƏM-in təsisiçlərindən Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Qeyd edək ki, MSƏM işçi qrupuna Ümid Partiyasından Nəsimi Məmmədli, Milli Dirçəliş Hərkatından Tahir Seyidov, Azərbaycan Milli Demokrat Patiyasından Oqtay Xəlilli, Azərbaycan Milli İstiqlal Partiyasından Aydın Əliyev və Tərəqqi Partiyasından Eldar Musayev daxildir. AMİP-in nümayəndəsi A.Əliyev müəyyən səbəblər üzündən iclasda iştirak etmədiyinə görə onu Ə.Orucov əvəzləyib.

Ə.Orucov bildirib ki, işçi qrupu MSƏM-də təmsil olan partiya sədrlərinin növbəti toplantısına 4 məsələnin çıxarılmasını tövsiyə edib: ölkədəki ictimai-siyasi vəziyyət, kütləvi tədbirlərin keçirilməsi və nazarət, milli təhlükəsizlik konsepsiyasının prioritetlərini müzakirə etmək və cari məsələlər.

Qeyd edək ki, MSƏM-in növbəti toplantısı aprelin 12-də saat 15.00-da Milli Dirçəliş Hərəkatının qərargahında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti