...

Gültəkin Hacıyeva: AŞPA Komitəsi Ermənistandan 250 min azərbaycanlının zorakılıqla qovulduğunu təsdiqlədi

Siyasət Materials 13 Aprel 2006 17:29 (UTC +04:00)

Aprelin 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin iclasında latviyalı parlamentari Boris Çileviçin "Azərbaycanda, Ermənistanda və Gürcüstanda qaçqınlar və məcburi köçkünlər haqqında" məruzə layihəsi üzrə Azərbaycanın nümayəndə heyəti üzvlərinin düzəlişlərinin 18-dən 9-nu qəbul edib. Trend in müxbirinin Strasburqdan verdiyi xəbərə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva məlumat verib.

"Məruzəçi B.Çileviçin münaqişə tam həll olunmayana kimi qaçqınların qayıtmasının qeyri-mümkünlüyünü göstərən düzəlişlərin saxlanmasını tələb etməsinə baxmayaraq, biz bu bəndin danışıqlar prosesinin gedişi ilə ziddiyyət təşkil etdiyini bəyan etdik", -deyə azərbaycanlı parlamentari bildirib.

"Bu maddənin qəbul edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin paket həllinin qeyd edilməsi deməkdir. Bu, çox ciddi bəyanatdır. Komitə mənim iradımı qəbul etdi və bu düzəliş qəbul edildi", -deyə G. Hacıyeva bəyan edib.

Bununla yanaşı, G.Hacıyeva məruzədə Ermənistandan zorakılıqla qovulan 250 min azərbaycanlının dəstəklənməsinin zəruriliyi faktı da xatırlanmır. "Məruzəçi mənim dəlillərimlə razılaşdı və bu düzəliş də sənəd layihəsinə daxil edildi",- deyə deputat bildirib.

Lakin G.Hacıyevanın sözlərinə görə, Azərbaycan tərəfinin ciddi narazılığına baxmayaraq, sənəddəki bəndlərdən biri yenə də dəyişməz qaldı. Bu məsələ "Azərbaycanla Ermənistan arasında hökumətlərarası dialoqun keçirilməsinin zəruriliyi"dir. "Ermənistan nə qədər ki, Azərbaycanın ərazilərinin bir hissəsini işğal etməkdə davam edir, dialoqdan söhbət belə gedə bilməz", deyə G.Hacıyeva bəyan edib.

Qeyd edək ki, məruzə üzrə müzakirələrə Bakı vaxtı ilə saat 17.00-də başlanması nəzərdə tutulub. Bu müzakirələr sessiyanın sonuna kimi davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti