Mayın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Şurasının (İƏT) üzvü olan ölkələrin xarici işlər nazirlərinin Şurasının iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.
Hazırda iclasla bağlı hazırlıq işləri aparılır.
İƏT 1985-ci ildə yaradılıb. Bu təşkilat 1977-ci ildə martın 12-də 3 təsisçi dövlət -Türkiyə, İran və Pakistan tərəfindən imzalanan İzmir müqaviləsinin nizamnaməsi əsasında fəaliyyət göstərən İnkişaf üçün regional əməkdaşlıq Təşkilatının varisidir. 1992-ci ildə təşkilata 7 yeni üzv dövlət - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da qoşulub.
İƏT-nın əsas məqsədi ona daxil olan ölkələrin fasiləsiz və hərtərəfli sosial-iqtisadi inkişafına şərait yaratmaq, yəni region dövlətlərinin iqtisadiyyatının dünya təsərrüfat əlaqələri sisteminə davamlı inteqrasiyasına nail olmaq, mədəni, texniki və digər sahələrdə fəal regional əməkdaşlın yaranmasına nail olmaqdır.