...

"Azadlıq" bloku Sədrlər Şurasının iclası keçirilib

Siyasət Materials 2 May 2006 15:19 (UTC +04:00)

Mayın 2-də "Azadlıq" bloku Sədrlər Şurasının iclası keçirilib. Trend in məlumatına görə, iclasdan sonra blokun həmsədrlərindən biri Əli Əliyev mətbuat konfransı keçirib.

Əli Əliyev bildirib ki, blok liderləri 13 mayda keçiriləcək seçki öncəsi vəziyyət, "Azadlıq" blokunun mayın 26-da keçirəcəyi konfransa hazırlıq, "Yeni fikir" gənclər təşkilatı rəhbərlərinin məhkəmə prosesi, blok liderlərinin Leo Platvoetlə görüşü və başqa məsələlər haqda müzakirələr aparılıb.

"Azadlıq" blokunun zona müşavirələrinin müzakirəsi zamanı qərara alınıb ki, Qarabağ və Şirvan zonası üzrə yerli strukturların formalaşdırılması başa çatdıqdan sonra zona müşavirələri Bakıda yekunlaşdırılsın. "Azadlıq" bloku 13 mayda keçiriləcək təkrar parlament seçkilərini müşahidə etməməsinə baxmayaraq, aparılan sosioloji sorğulara əsasən, bu seçkidə seçicilərin fəallığının 5-7 faiz təşkil edəcəyi qənaətinə gəlib. Liderlər bu mövqelərini Avropa Şurasının Azərbaycanda seçkiləri müşahidə missiyasının rəhbəri Leo Platvoetlə görüşdə də onun diqqətinə çatdırıblar.

Blok liderləri həmçinin "Yeni fikir" gənclər təşkilatı rəhbərlərinin mayın 15-də keçiriləcək növbəti məhkəmə prosesində iştirak etmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti