...

Misir Mərdanov: qanunsuz özəl ali məktəblərin fəaliyyəti dayandırılıb

Siyasət Materials 5 May 2006 13:32 (UTC +04:00)
Misir Mərdanov: qanunsuz özəl ali məktəblərin fəaliyyəti dayandırılıb

Qanunsuz fəaliyyət göstərən 18 özəl təhsil müəssisəsi ilə bağlı aparılan araşdırmaların nəticələri respublika Baş Prokurorluğuna göndəriləcək. Trend xəbər veprir ki, bu barədə təhsil naziri Misir Mərdanov mayın 5-də keçirdiyi mətbuat konfransında bildirib. M.Mərdanov qeyd edib ki, qanunsuz fəaliyyət göstərən özəl ali məktəblərin fəaliyyətinin dayandırılması ilə bağlı qərar nazirliyin kollegiyasının mayın 4-də keçirilən iclasında qəğul olunub.

"Bir sıra ali təhsil müəssisələrinin fəaliyyətində mütəxəssislərin hazırlığı ilə bağlı yol verilən nöqsanlar haqqında qərar qəbul etdik. Belə nəticəyə gəldik ki, Müstəqil Azərbaycan Universitetei də daxil olmaqla, xarici ölkələri institutlarının Azərbaycanda açılan 17 filialının fəaliyyəti də dayandırılsın".

M.Mərdanov onu da bildirib ki, Təhil Nazirliyi son iki ildə tələbə köçürmələri ilə bağlı prosesləri araşdıracaq. Əgər bu prosesdə qanunsuzluq aşkar olunarsa, həmin köçürmələr ləğv olunacaq. Təhsil naziri onu da vurğulayıb ki, fəaliyyəti dayandırılan özəl məktəblərin və xarici ölkə univesitetlərinin Azərbaycandakı filiallarında təhsil alan tələbələr qanun çərçivəsində digər ali məktəblərdə yerləşdiriləcəklər.

Xəbər lenti

Xəbər lenti