...

İran prezidenti hesab edir ki, ABŞ tərəfindən hücum təhlükəsi yoxdur

Siyasət Materials 5 May 2006 18:08 (UTC +04:00)
İran prezidenti hesab edir ki, ABŞ tərəfindən hücum təhlükəsi yoxdur

İran prezidenti Mahmud Əhmədinejad hesab edir ki, ABŞ tərəfindən hücum təhlükəsi yoxdur. Bunu, Trend agentliyinin məlumatına əsasən, M.Əhmədinejad Bakıda keçirilən mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, İrana qarşı çıxış edənlərin özləri beynəlxalq hüquqa riayət etmir, çünki bu ölkələrin əksəriyyətinin nüvə texnologiyaları var. "Atom elektrik stansiyasında istehlak olunan nüvə enerjisi lazım və faydalıdarsa və başqa dövlətlər tərəfindən istifadə olunursa, niyə İran üçün qadağa qoyulur?" -deyə prezident bildirib.

M.Əhmadinejad bəyan edib ki, Azərbaycanla İran arasında əməkdaşlıq bütün regionda sülhün və sabitliyin rəhnidir. Onun sözlərinə görə, bütün region ölkələri sabitliyin saxlanılması tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti