...

ATƏT-in müşahidə missiyasının nümayəndələri AMİP funksionerləri ilə görüşüb

Siyasət Materials 10 May 2006 16:13 (UTC +04:00)

Azərbaycan Milli İstiqalal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarov və təşkilat katibi Rəşad Bayramov ATƏT-in müşahidə missiyası rəhbərinin müavini Herald Yepsen və missiyanın uzunmüddətli müşahidəçisi Yekaterina Qlodla görüşüb. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Görüşdə əsasən təkrar parlament seçkiləri müzakirə olunub. AMİP funksionerləri seçkinin gedişatı və qarşıya çıxan qanun pozuntuları ilə bağlı məlumat veriblər. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən AMİP-in nümayəndəsi Dünyamin Əhmədlinin qeydə alınmasından imtina olunması barədə də məlumat verilib. ATƏT nümayəndələri isə qeyd ediblər ki, AMİP-in 38 saylı Gəncə-Nizami seçki dairəsindən və 119 saylı Ağdam kənd seçki dairəsindən namizədləri Eldar Aslanov və Yaşar Həsənovla görüşüblər, yerli problemlər ətrafında müzakirələr aparıblar. Nümayəndələr topladıqları sənədlər və faktları ATƏT-in müşahidə missiyasına təqdim edəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti