...

Heydər Əliyevin doğum günü Naxçıvanda geniş qeyd olunub

Siyasət Materials 10 May 2006 18:33 (UTC +04:00)

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 83-ci ildönümü Muxtar Respublikada təntənəli qeyd olundu. Naxçıvan şəhər sakinləri Əcəmi Seyrangahına gələrək Azərbaycan dövlətinin banisi, görkəmli tarixi şəxsiyyət Heydər Əliyevin büstünü ziyarət etdilər və onun qarşısına gül-çiçək qoydular.

Naxçııvan MR Ali Məclisinin sədri Vasif Talıbov büstun önünə gül dəstəsi qoyaraq ümummilli liderimizin ruhu qarşısında ehtiramla baş əydi. Tədbirdə iştirak edən universitet tələbələri, hərbi hissələrin əsgərləri, ictimai xadimlər büstün qarşısında baş əyərək dahi şəxsiyyətə öz ehtiramlarını bildirdilər.

Naxçıvanın bütün rayonlarında, orta məktəblərdə, ictimai təşkilatlarda və H.Əliyev adına məktəbdə unudulmaz şəxsiyyətin ad gününü təntənəli şəkildə qeyd etdilər.

Xəbər lenti

Xəbər lenti