...

TRACECA baş katibi: 2006-cı il üzrə fəaliyyət planı ümumi məbləği 13,5 mln. avro olan layihələri nəzərdə tutur

Siyasət Materials 10 May 2006 19:24 (UTC +04:00)
TRACECA baş katibi: 2006-cı il üzrə fəaliyyət planı ümumi məbləği 13,5 mln. avro olan layihələri nəzərdə tutur

2006-cı il üzrə fəaliyyət planı ümumi məbləği 13,5 mln. avro olan 4 layihəni nəzərdə tutur. Trend in verdiyi məlumata görə, bu barədə mayın 10-da TRACECA -nın baş katibi Lyudmila Trenkova məlumat verib.

TRACECA -nın Azərbaycan üzrə milli katibi Akif Mustafayevin sözlərinə görə, həmin vəsaitə TRACECA ölkələri üçün logistik mərkəzlərin şəbəkəsi yaradılacaq. Layihənin qiyməti 5,5 mln. avrodur. Təhlükəsizliyin idarə olunmasının ümumi sistemlərinin inkişafı və dəniz daşımalarının təhlükəsizliyi sahəsində əməkdaşlıq, Xəzər dənizi və Qara dənizdəki gəmilər tərəfindən çirklənmənin qarşısının alınması üzrə layihəsinin dəyəri 3,5 mln. avro təşkil edir. İxtisasların artırılması və mülki aviasiya sahəsində təhsil üçün layihənin dəyəri 2 mln. avrodur.

Qara və Xəzər dənizlərindəki dəniz magistralları layihəsi 2,5 mln. avro dəyərləndirilir. Bütün layihələrin müddəti 24 aydır.

L.Trenkovanın sözlərinə görə, layihələrin reallaşdırılması Avropa komissiyası tərəfindən təsdiqlənməlidir.

Xəbər lenti

Xəbər lenti