...

İsa Qəmbər: "Müsavat Partiyasının təkrar seçkilərə qatılan namizədləri seçicilərlə maneəsiz görüşlər keçirirlər"

Siyasət Materials 11 May 2006 14:54 (UTC +04:00)

Müsavat Partiyasının təkrar seçkilərə qatılan namizədləri seçicilərlə maneəsiz görüşlər keçirir, partiyanın mövqeyini, platformasını onlara çatdırırlar. Trend xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər təkrar seçkilərlə bağlı mayın 11-də keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Müsavat Partiyası təkrar seçkilərdə 7 vahid namizədini və 69 saylı seçki dairəsindən Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Fikrət Cəfərovun namizədliyini dəstəklyir.

İ.Qəmbər onu da vurğulayıb ki, seçki prosesini diqqətdə saxlayıb və namizədlərin seçicilərlə bir sıra görüşlərində iştirak edib: "Ümumi vəziyyəti təhlil edəndə bu qənatə gəlmək olar ki, namizədlərimizin hər birinin qalib gəlmək şansları böyükdür". Başqan onu da bildirib ki, təkrar seçkilər də onlar üçün çətin mübarizə şəraitində keçəcək.

Xəbər lenti

Xəbər lenti