...

ABŞ Transxəzər qaz kəməri layihəsi üzrə danışıqların intensivləşdirilməsini zəruri sayır

Siyasət Materials 7 İyun 2006 13:53 (UTC +04:00)

ABŞ Transxəzər qaz kəməri layihəsi üzrə danışıqların intensivləşdirilməsini zəruri sayır. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşaviri Mətyu Brayza ölkənin xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bəyan edib.

Bakı-Tiflis-Ceyhan əsas neft ixrac kəmərinin regionun inkişafı üçün mühüm addım olduğunu qeyd edən M.Brayza, bu layihənin Azərbaycan və Türkiyənin Avropaya inteqrasiyasında önəmli rolunu xüsusi vurğulayıb. Qonaq Transxəzər qaz kəməri layihəsinə toxunaraq, onun enerji təhlükəsizliyi baxımından Avropa üçün vacib olduğunu qeyd edib. Bu layihənin Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əhəmiyyətini artıracağını bildirən diplomat kəmərin Qazaxıstan qazının Xəzər dənizi vasitəsilə ixracına və qazın Avropaya alternativ marşrutla nəqlinə şərait yaradacağını söyləyib.

Nazir E.Məmmədyarov bu layihələrin Azərbaycan üçün siyasi, iqtisadi baxımdan böyük əhəmiyyət daşıdığını bildirərək Azərbaycanın təkcə neft və qaz hasil edən dövlət kimi deyil, həm də tranzit ölkə kimi əhəmiyyətini vurğulayıb. O, ABŞ-ın dəstəyini xüsusi qeyd edib.

Xəbər lenti

Xəbər lenti