Trend in verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri, ordu generalı Sergey Şoyqunu qəbul edib.
Sözbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, Azərbaycan və Rusiyanın müvafiq nazirlik və strukturları arasında əlaqələrin inkişafının genişlənməsindən məmnunluq ifadə olunub.
Tərəflər qeyd ediblər ki, Azərbaycan Fövqəladə hallar nazirliyinin yenicə yaradılmasına baxmayaraq, dövlət nazirliyin fəaliyyətinə hərtərəfli qayğı göstərir. Həmçinin qeyd olunub ki, hər iki dövlət arasında fəal əməkdaşlıq Azərbaycan -Rusiya əlaqələrinin inkişafında rol oynayır.