Litva prezidenti Valdas Adamkus Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vilnüsə dəvət edib. Bu barədə Trend ə Litva prezidentinin mətbuat xidmətindən məlumat verilib.
V.Adamkus bu dəvəti iyunun 9-da Heydər Əliyev Fondunda Litva və Azərbaycan prezidentlərinin rəsmi vida mərasimində səsləndirib. Tədbirdə hər iki ölkənin birinci xanımları Mehriban Əliyeva və Alma Adamkene də iştirak edib.
V.Adamkus Mehriban Əliyevanı YUNESKO-nun xoşməramlı səfiri kimi təşkilatın Ümumdünya İrsi Komitəsinin 8-16 iyul 2006-cı ildə Vilnüsdə keçiriləcək 30-cu sessiyasında iştirak etməyə dəvət edib.
Litva prezidenti də YUNESKO-nun xoşməramlı səfiridir.