Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı bütün bəndlər iyunun 21-də Bakıda 3 günlük işini yekunlaşdıracaq İslam Konfransı Təşkilatı ölkələri XİN başçılarının 33-cü sessiyasında qəbul olunmuş yekun sənədlərdə öz əksini tapıb. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
Onun sözlərinə görə, İKT-nin Bakı bəyanatına Ermənistan-Azərbaycan münaqişəsinə dair geniş bənd daxil edilib. Burada həm də Ermənistan tərəfindən Azərbaycan torpaqlarıın işğalı, bu torpaqların azad edilməsinin vacibliyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi, işğal altında olan ərazilərin ekoloji vəziyyəti ilə bağlı məsələlər də öz əksini tapıb.
İKT-nin üzvü olan 57 ölkə bu fikirlə həmrəydir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid fikir və yanaşmaya malikdir.