...

Azərbaycanın Qarsadakı baş konsulu İqdıra baş çəkib

Siyasət Materials 22 İyun 2006 11:34 (UTC +04:00)

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov İqdır şəhərinə baş çəkib. Səfər zamanı o, yerli jurnalistlərlə görüşüb. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, baş konsul Azərbaycanın ən mühüm problemlərinə göstərdiyi xüsusi diqqətə görə qəzet rəhbərliklərinə minnətdarlığını bildirib.

"Azərbaycanın Qarsdakı baş konsulu kimi fəaliyyətə başladığım andan mən yerli qəzetlərin Azərbaycanla bağlı mövzulara necə diqqətlə yanaşdığının şahidi olmuşam", - deyə H.Zeynalov qeyd edib. O vurğulayıb ki, Bakıya xüsusilə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunması ilə bağlı məsələdə dəstək lazımdır.

"Ermənistan işğal etdiyi torpaqları dərhal azad etməli, Türkiyə ilə mövcud sərhədi tanımalı və elə əslində ermənilərin öz əməli olan soyqırım uydurmalarına son qoymalıdır", - deyə H.Zeynalov qeyd edib.

Xəbər lenti

Xəbər lenti