...

BMT İnkişaf Proqramının milli koordinatoru: Narkomafiya üzvləri Azərbaycanda azyaşlıları "Ekstrazi" həbləri ilə narkomanlığa aludə edirlər

Siyasət Materials 23 İyun 2006 13:42 (UTC +04:00)

Narkomafiya üzvləri Azərbaycanda azyaşlıları əsasən "Ekstrazi" həbləri ilə narkomanlığa aludə edirlər. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə iyunun 23-də Bakı Əyləncə Mərkəzində Narkotiklərin Sui-İstifadəsi və Beynəlxalq Ticarəti Əleyhinə Beynəlxalq Günü münasibətilə keçirilmiş tədbirdə BMT İnkişaf Proqramının Azərbaycanda Hüquq Mühafizə Orqanları ilə İş Bölməsinin rəhbəri Məzahir Əfəndiyev məlumat verib.

M.Əfəndiyevin sözlərinə görə, 2006-cı ildə Azərbaycanda 7 kiloqramdan artıq heroin dövriyyədən çıxarılıb. Bu da onu göstərir ki, son aylar narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səylərini daha da artırıb. Lakin bununla yanaşı, Azərbaycanda narkomanlığa aludəçiliyin azyaşlılar arasında da müşahidə olunması ürəkaçan hal deyil.

"Narkomanlığa aludəçilər arasnıda yaş həddi getdikcə aşağı düşür. Narkomafiya üzvləri azyaşlıları əsasən "Ekstrazi" həbləri ilə narkomanlığa aludə edirlər. Sonra isə yüksək dozalara keçirlər. Səhiyyə Nazirlinin rəsmi statistikasına görə, Azərbaycanda 18.000 narkoman var. Lakin bu rəqəm real rəqəmlə müqayisədə uyğun gəlmir. Azərbaycanda narkomanların sayı Səhiyyə Nazirliyinin təqdim etdiyi rəqəmdən on dəfə çoxdur" - deyə M.Əfəndiyev söyləyib.

M.Əfəndiyev onu da qeyd edib ki, 2006-cı ilin 5 ayı ərzində 95 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb, bu cinayətlə bağlı 1146 cinayət faktı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti