...

Gürcüstanın baş naziri Zurab Hoqaideli Azərbaycana səfər edəcək

Siyasət Materials 27 İyun 2006 11:21 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan ekspertləri Gürcüstanın Bakı-Tiflis-Ərzurum qaz kəməri layihəsi üzrə əlavə qaz alması məsələsi üzərində işi başa çatdırıb. Ekspertlər 2 gün ərzində Tiflisdə Gürcüstanın 2007-ci ildən Cənubi Qafqaz qaz kəmərindən güzəştli qiymətlə minimum 1,5 mlrd kub metr təbii qaz alması ilə bağlı ölkənin irəli sürdüyü təklifi müzakirə edib.

Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, ekspertlərin rəyi hələlik açıqlanmayıb. Ancaq məlumdur ki, rəy hər üç ölkənin prezidentlərinə və müvafiq idarələrin nazirlərinə təqdim olunacaq. Gürcüstanın Energetika Nazirliyinin məlumatına görə, bu məsələni Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iyulun 13-də Türkiyədə keçiriləcək görüşdə müzakirə edəcək.

Buna qədər isə Gürcüstanın baş naziri Zurab Hoqaidelinin Azərbaycan və Türkiyəyə səfərləri planlaşdırılıb. Danışıqlarda əsas mövzulardan biri də Gürcüstanın əlavə təbii qaz alması ilə bağlı məsələ olacaq.

Xəbər lenti

Xəbər lenti