...

GAMOH Bəzz qalasına yürüşün başlanması ilə bağlı mətbuat konfransı keçirib

Siyasət Materials 3 İyul 2006 12:38 (UTC +04:00)

Güney Azərbaycanda Bəzz qalasına yürüşün başlanması ilə bağlı iyunun 29-da Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) mətbuat konfransı keçirib. Trend xəbər verir ki, qurumun mətbuat katibi Ağrı Qaradağlı bildirib ki, İran hökuməti yürüşə mane olmaq üçün Bəzz qalası istiqamətindəki Kəlheybər şəhərinə 60 min qvardiyaçı yeridib.

A.Qaradağlı onu da bildirib ki, Təbrizdən Kəlheybərə gedən yolda 50-yə yaxın yoxlama məntəqəsi qurulub. ETTELAAT-ın əməkdaşları dünən milli fəalların evlərinə basqın edib, onlarla aparıcı hərəkatçı həbsə alınıb.

A.Qaradağlı vurğulayıb ki, yürüşün əsas hissəsi iyunun 30-da saat 8.00-dan 14.00-dək keçiriləcək. Yürüş qalanın yerləşdiyi dağın ətəyindən qalaya qədər olacaq. GAMOH lideri Mahmudəli Çöhrəqanlı yürüşlə bağlı dünən "Oyanış TI" vasitəsilə güney azərbaycanlılara müraciət edib.

Tədbirdə çıxış edən "Oyanış" Strateji Araşdırmalar Mərkəzinin eksperti Sadiq Əsabəyli bu yaxınlarda İran səfirliyinin birinci katibi Mustafa Məşhədinin İrana jurnalistlərin səfərini təşkil etməklə bağlı vədini xatırladaraq bildirib ki, İran səfirliyi jurnalistlərin səfərini məhz Bəzz qalasına yürüş günlərində təşkil etməliydi. "Nədən indiyədək jurnalistlərin səfərinə icazə verilməyib?" - deyə M.Məşhədi sual edib.

Xəbər lenti

Xəbər lenti