...

Klassik Xalq Cəbhəsi Partiyası AXC-nin 17-ci ildönümünü qeyd edəcək

Siyasət Materials 4 İyul 2006 12:58 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 17-ci ildönümünü qeyd edəcək. Bu barədə Trend ə KXCP-dən məlumat verilib.

Bu münasibətlə iyulun 16-da saat 10.00-da Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarı ziyarət olunacaq. Bundan sonra saat 11.00-da partiyanın qərargahında Ali Məclisin növbəti ikinci iclası keçiriləcək. İclasda ölkədəki ictimai-siyasi durum, KXCP-nin qurultayından sonrakı dövrdə fəaliyyəti müzakirə olunacaq. İclasdan sonra AXC-nin 17 illik yubileyi münasibəti ilə bayram tədbiri düzənlənəcək. Partiyanın regionlardakı fəal üzvləri, rayon təşkilatları, AXC-nin fəal iştirakçıları olmuş şəxslər də tədbirə dəvət olunacaq.

Xəbər lenti

Xəbər lenti