Hakim Yeni Azərbaycan Partiyası (YAP) digər xarici dövlətlərin hakim partiyaları ilə əlaqələrini genişləndirməyi planlaşdırır. Trend xəbər verir ki, artıq yaxın günlərdə bu planın həyata keçirilməsi prosesinə başlanılacaq.
Qeyd edək ki, artıq YAP-ın Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Çin və digər dövlətlərin hakim partiyaları ilə ikitərəfli əlaqələri mövcuddur. Hakim partiyaların gənclər təşkilatları da öz növbələrində bu əməkdaşlığa qoşulub.
O da bildirilib ki, YAP yaxın vaxtlarda Avropanın bir sıra dövlətlərinin hakim partityaları ilə də əlaqələrini genişləndirməyi planlaşdırıb. Məqsəd YAP-ın ideyasını, cəmiyyətdə tutduğu rolunu və nüfuzunu əməkdaşlıq edəcəyi dövlətlərin partiyalarına çatdırmaqdır. Bu əməkdaşlıq eyni zamanda dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.