...

Deputatlarımız Böyük Britaniya Parlamenti İcmalar Palatasının Xarici işlər komitəsində və Xarici İşlər Nazirliyində görüşlər keçirəcək

Siyasət Materials 19 İyul 2006 18:01 (UTC +04:00)

İyulun 20-dən 24-dək Londonda Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatı çərçivəsində Cənubi Qafqaz Parlament Təşəbbüsünün I Plenar iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Tədbirdə Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov, sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadi Rəcəbli və deputat Siyavuş Novruzov iştirak edəcək.

İclasın gündəliyinə Cənubi Qafqazda ümumi siyasi vəziyyət, konfliktlərin həlli yolları, Avropa strukturları ilə əlaqələrin genişləndirilməsi və qurumun fəaliyyəti ilə bağlı bir sıra təşkilatı məsələlər daxil edilib. Deputatlarımız gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.

Səfər müddətində parlament nümayəndə heyətinin Böyük Britaniya Parlamenti İcmalar Palatasının Xarici işlər komitəsində və Xarici İşlər Nazirliyində görüşləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti