...

Hacıağa Nuri: "Azərbaycan islamçıları İsraili sülhə dəvət edir"

Siyasət Materials 27 İyul 2006 14:58 (UTC +04:00)

İsrail Livana qarşı təcavüzünü dayandırmasa İsrailin Bakıdakı səfirliyi qarşısında aksiyalar keçirəcəyik. Bu barədə Trend ə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri bildirib.

AİP sədri qeyd edib ki, İsrailin Livana hücumu zamanı həlak olan insanlar dini mənsubiyyətindən asılı olmayaraq öncə Allahın bəndələridirlər: "Bir müsəlam kimi İsrailin təcavüzünə göz yuma bilmərik. Bu təcavüzlə bağlı partiya olaraq bəyanatlar vermişik və Təl-Əvivi bu yoldan çəkinməyə çağırmışıq". H.Nuri bildirib ki, əgər hadisələr istiqamətini dəyişməzsə onda islamçılar İsrailin təcavüzünə etiraz olaraq Bakıdakı səfirliyi qarşısında piket keçirəcəklər.

Partiya sədri onu da qeyd edib ki, belə etiraz aksiyaları kütləvi xarakter də ala bilər: "Bizim bu mövqeyimizi Azərbaycanda fəaliyyət göstərən bir çox dini təşkilatlar dəsmtəkləyir. Biz islamçılar hər bir problemin həllinin çıxış yolunu sülhdə görürük. İsraili də bu sülhə dəvət edirik".

Xəbər lenti

Xəbər lenti