...

Sabunçu rayon Polis İdarəsinin rəisi öz ərizəsi ilə işdən çıxarılıb

Siyasət Materials 28 İyul 2006 12:33 (UTC +04:00)

Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin rəisi polis polkovniki Toğrul Rəhimov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Bu barədə Trend ə DİN mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

"T.Rəhimov Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb" - deyə E.Zahidov bildirib.

Hazırda T.Rəhimovun vəzifəsini müvəqqəti olaraq onun keçmiş müavini Musa Hacıyev icra edir.

Xəbər lenti

Xəbər lenti