...

Binəqədi RPİ-yə rəis təyin edilib

Siyasət Materials 29 İyul 2006 14:39 (UTC +04:00)

İyulun 29-da Daxili işlər naziri Ramil Usubovun əmri ilə Mehman Təhməzov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) rəis təyin edilib. Bu barədə Trend ə Binəqədi RPİ-nin rəis müavini Rasim Musayev məlumat verib.

R.Musayev bildirib ki, M.Təhməzov yaxın vaxtlaradək Abşeron RPİ-nin rəisi olub.

Qeyd edək ki, Binəqədi RPİ-nin keçmiş rəisi Nazim Nağıyev yaş həddi ilə əlaqədar olaraq iyulun 22-də təqaüdə göndərilib. Onun vəzifəsini müvəqqəti olaraq Rasim Musayev icra edirdi.

Xəbər lenti

Xəbər lenti