...

İslam Demokrat Partiyasının İsrail səfirliyi qarşısında keçirdiyi piket dağıdılıb

Siyasət Materials 7 Avqust 2006 15:43 (UTC +04:00)

İslam Demokrat Partiyasının (İDP) avqustun 7-də İsrailin Bakıdakı səfirliyi qarşısında icazəsiz keçirdiyi piket dağıdılıb. Bu barədə Trend ə İDP sədri Tahir Abbaslı bildirib.

Qeyd edək ki, piketin keçirilməsində məqsəd İsrailin Livana qarşı apardığı müharibəyə etiraz etmək olub. T.Abbaslı bildirib ki, özü də daxil olmaqla piket iştirakçılarından bir neçəsi Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb: "Biz hələ də polis bölməsindəyik. Bildiriblər ki, icazəsiz piket keçirdiyimizə və asayişi pozduğumuza görə məhkəməniz olmalıdır".

T.Abbaslı onu da qeyd edib ki, onlar növbəti etiraz aksiyasını keçirmək barədə fikirləşirlər.

Xəbər lenti

Xəbər lenti