Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Buxarest şəhər ikinci sektorunun müdiri, hakim Sosial Demokrat Partiyası Buxarest şəhər təşkilatı sədrinin müavini Nikolos Ontsano avqustun 8-də partiyanın icra katibi, millət vəkili Əli Əhmədovla görüşüb. Trend xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.
Ə.Əhmədov Heydər Əliyevin abidəsinin Buxarestdə ucaldılması təşəbbüsünü alqışlayıb və bunu Rumıniyanın Azərbaycana olan isti münasibətinin təzahürü kimi qiymətləndirib. Görüşdə partiyalararası əlaqlərin gələcək perspektivləri də müzakirə olunub. Həmçinin Buxarest-Bakı şəhərlərinin dostluğundan da söhbətlər açılıb.
Görüşdə YAP icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov, millət vəkili Məlahət Həsənova, partiyalararası əlaqələr bölməsinin müdiri Səyyad Aran və Xarici İşlər Nazirliyinin əməkdaşı Seyran Mirzəzadə iştirak edib.
Onu da bildirək ki, N.Ontsanonun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 11-də vətəninə yola düşəcək.