...

Sentyabrın 12-də Bakıda Güney Azərbaycan beynəlxalq konfransı keçiriləcək

Siyasət Materials 10 Avqust 2006 16:00 (UTC +04:00)

Sentyabrın 12-də Bakıda Güney Azərbaycan beynəlxalq konfransı keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov açıqlama verib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün ictimai, siyasi qurumların bir araya gəlib Güneylə bağlı vahid mövqe nümayiş etdirməsinə, soydaşlarımıza dəstək istiqamətində birgə fəaliyyət göstərməsinə ehtiyac var. Bu məqsədlə sentyabrın 12-də Bakıda genişmiqyaslı forum keçirilməsi planlaşdırılır. Foruma Azərbaycanın şimalından başqa, Güneydən, Avropa ölkələrindən, Amerikadan azərbaycanlıların, əsasən də güneyli hərəkatçıların dəvət olunması planlaşdırılır. E.Məmmədovun sözlərinə görə, siyasi mövqeyindən asılı olmayaraq bütün ictimai, siyasi təşkilatlar tədbirə dəvət ediləcəklər.

E.Məmmədov onu da bildirib ki, Azərbaycana beynəlxalq səviyyədə "bölünmüş xalq" statusunun verilməsinin vaxtı çatıb. Bu iştiqamətdə hansı işlərin görülməsi, Güney azərbaycanlılarının hüquqlarının təmin edilməsi kimi məsələlərlə bağlı sözügedən Forumda müzakirələr aparılacaq, fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti