...

Çevik Polis Alayının keçmiş rəisi Sabunçu rayon Polis İdarəsinə rəis təyin edilib

Siyasət Materials 14 Avqust 2006 17:11 (UTC +04:00)

Daxili işlər nazirinin əmri ilə Daxili İşlər Nazirliyi Çevik Polis Alayının keçmiş rəisi Rza Hacıyev Sabunçu rayon Polis İdarəsinə rəis təyin edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsinin keçmiş rəisi Toğrul Rəhimov nazirin əmri ilə vəzifəsindən kənarlaşdırıldıqdan və DİN Baş Kadrlar İdarəsinin sərəncamına göndərildikdən sonra həmin vəzifəni onun keçmiş müavini Musa Hacıyev icra edirdi.

Qeyd edək ki, Çevik Polis Alayı 2006-cı ilin avqust ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin nəzdində fəaliyyət göstərib. 2006-cı ilin avqust ayında isə ÇPA daxili işlər naziri Ramil Usubovun əmri ilə BŞBPİ-nin tərkibindən çıxarılaraq Daxili İşlər Nazirliyinin tərkibinə daxil edilib. Bundan sonra isə ÇPA rəhbərliyi dəyişdirilib və Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səhlab Bağırov Çevik Polis Alayının rəisi təyin edilib.

Xəbər lenti

Xəbər lenti