...

Gürcüstan azərbaycanlıları ana dilində olan bülletenlərlə səs verə biləcəklər

Siyasət Materials 14 Avqust 2006 17:19 (UTC +04:00)

Gürcüstan azərbaycanlılarının sıx yaşadığı yerlərdə bələdiyyə seçkilərilə əlaqədar seçki bülletenləri Azərbaycan dilində buraxılacaq.

Gürcüstan MSK- nın üzvü Emzar Pajavanın Trend in xüsusi müxbirinə verdiyi məlumata əsasən, azərbaycanlıların sıx yaşadığı Marneuli və Qardabani rayonlarında etnik azlıqlar üçün bu növ bülletenlər paylanacaq. Bu haqda qərar Gürücstan MSK tərəfindən Avropa Şurasının tövsiyəsinə uyğun olaraq qəbul olunub.

Bülletenlərin Azərbaycan dilinə tərcümə edilməsi üçün Gürcüstan MSK "Gürcüstan" qəzetinin baş redaktoru, Gürcüstandakı Azərbaycan diasporunun rəhbəri Süleyman Süleymanovu işə cəlb edib.

Trend in xüsusi müxbirilə söhbətdə S.Süleymanov qeyd edib ki, ana dilində buraxılan bülletenlər azərbaycanlılara düzgün seçim etməyə imkan verəcək.

"Bu, mexaniki qeyd deyil, dərk edilən seçim olacaq" - deyə Tbilisidə yaşayan azərbaycanlılar bildirib.

Seçkilər zamanı reklam çarxları da ana dilində yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti