...

Qaradağ Sement ətraf mühitin mühafizəsi üzrə Avropa standartlarına çatmaq niyyətindədir

Siyasət Materials 15 Avqust 2006 15:08 (UTC +04:00)
Qaradağ Sement ətraf mühitin mühafizəsi üzrə Avropa standartlarına çatmaq niyyətindədir

Qaradağ Sement ASC müəssisənin elektrik filtrlərinin bərpa edilməsi yolu ilə ətraf mühitin mühafizəsi üzrə Avropa standartlarına çatmaq niyyətindədir. ASC-nin idarə heyətinin sədri Uve Kexlerin Trend ə verdiyi xəbərə görə, bu, müəssisənin 2010-cu ildə gerçəkləşdirəcəyi perspektiv layihələrdən biridir.

ASC üçün daha az əhəmiyyətə malik layihəyə, yeni sobanın tikinti məsələsinə gəlincə, şirkətin başçısı bildirib ki, bu layihə gündəlikdə qalır, lakin onu həyata keçirməyə başlamayıblar.

Onun sözlərinə görə, bu ilin yanvar-iyul ayları ərzində Qaradağ Sement ASC-nin satış həcmi 718,525 ton təşkil edib. Bütün il ərzində 1,235,628 ton sement satmaq planlaşdırılıb.

ASC Azərbaycanda klinkerin və onun əsasında sementin yeganə istehsalçısıdır. Şirkət daxili bazarın böyük hissəsini yüksək keyfiyyətli məhsulla təmin edir. Bu məhsul həm yerli, həm də beynəlxalq standartlara cavab verir. 1999-cu ildə Azərbaycanda fəaliyyətə başlamış İsveçrənin Holcim Group şirkəti Qaradağ Sement zavodunun əsasında Azərbaycanın daxili bazarında böyük uğur əldə edib. Hazırda müəssisənin məhsulundan Azərbaycanda qlobal energetika layihələrinin daxil olduğu böyük layihələrin həyata keçirilməsində istifadə olunur.

Xəbər lenti

Xəbər lenti