...

İlham Əliyev: Yalan və uydurmalar əsasında qurulmuş təbliğatı darmadağın etməliyik

Siyasət Materials 18 Sentyabr 2006 19:15 (UTC +04:00)

"Azərbaycan heç vaxt öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan bütün qüvvələrini - diplomatik, siyasi, iqtisadi, hərbi qüvvələri səfərbər edib, bütün vasitələrdən istifadə etməklə öz torpaqlarını azad edəcək". Trend in xəbər verdiyi kimi, bunları Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Türkiyənin Kəmər şəhərində Türkdilli dövlətlərin 10-cu qurultayında çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı ərazi iddiası olan, onun sərhədlərini tanımayan, arxivlərin açılmasına dair Türkiyə hökumətinin təkliflərini rədd edən Ermənistan bütün dünyada Türkiyəyə qarşı təbliğat aparır və qondarma erməni soyqırımın tanınmasını istəyir. "Coğrafi nöqteyi-nəzərindən Azərbaycanın tarixi torpaqlarında yerləşən, vaxtilə Azərbaycanın İrəvan xanlığının və onun ətrafındakı rayonların torpaqlarında yerləşdirilən Ermənistanın Azərbaycana qarşı da ərazi iddiası var və təcavüz nəticəsində torpaqlarımızın 20%-ni işğal edib. Siyasi etnik təmizləmə həyata keçirilib ki, bunun da nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Amma buna baxmayaraq, erməni təbliğatı daim bizi hədəfdə saxlayır", - deyə İlham Əliyev bildirib.

"Biz hücuma keçməliyik, yalan və uydurmalar əsasında qurulmuş təbliğatı darmadağın etməliyik və bütün səylərimizi birləşdirərək həqiqəti bərpa etməliyik", - deyə Azərbaycan prezidenti türk dünyasının yüksək vəzifəli təmsilçilərinə müraciət edərkən vurğulayıb.

Xəbər lenti

Xəbər lenti