...

Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması Planının təqdimatı keçiriləcək

Siyasət Materials 19 Sentyabr 2006 14:43 (UTC +04:00)

Sentyabrın 19-da Bakı biznes mərkəzində "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT-yə) üzvlüyündə qanunvericilik dəyişiklikləri və bu prosesdə parlamentin rolu" mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Dəyirmi masa CABİR - Beynəlxalq əlaqələrin yaradılması layihəsi çərçivəsində keçiriləcək. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Təşkilatların Öyrənilməsi Proqramı (PSIO-GIIS) çərçivəsində yaradılıb. Tədbirdə Azərbaycanın dövlət strukturları və parlament, o cümlədən QHT və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Tədbirdə, həmçinin, 2006-cı il 2 avqust tarixində Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması Planının təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti