...

Finlandiyanın XİN başçısı hesab edir ki, "Qarabağ münaqişəsinin nizamlanması üçün imkanlar pəncərəsi açıq qalmaqdadır"

Siyasət Materials 2 Oktyabr 2006 16:42 (UTC +04:00)
Finlandiyanın XİN başçısı hesab edir ki, "Qarabağ münaqişəsinin nizamlanması üçün imkanlar pəncərəsi açıq qalmaqdadır"

Avropa İttifaqı "Üçlüyü" nümayəndə heyətinə başçılıq edən Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyya (Erkki Tuomioja) bu gün Yerevanda bəyan edib ki, "Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərini bütünlüklə dəstəkləyir və hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması üçün imkanlar pəncərəsi açıq qalmaqdadır".

"Mediamaks" agentliyinin xəbər verdiyi kimi, bu gün Yerevanda mətbuat konfransında çıxış edərkən Erkki Tuomioyya bildirib ki, oktyabrın 3-də regiona səfərə gələcək ATƏT-in Minsk qrupunun həmsədrləri keçən həftə Helsinkidə olub və Aİ-nin Finlandiyadakı nümayəndəliyinə danışıqlar prosesindəki vəziyyətlə bağlı məlumat veriblər.

"Biz hesab edirik ki, Qarabağ münaqişəsinin nizamlanması üçün imkanlar pəncərəsi açıq qalmaqdadır və tərəfləri bu imkanlardan istifadə etməyə çağırırıq", - deyə Erkki Tuomioyya bildirib.

Xəbər lenti

Xəbər lenti