...

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin toplantısı təxirə salınıb

Siyasət Materials 4 Oktyabr 2006 19:24 (UTC +04:00)
AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin toplantısı təxirə salınıb

Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə alt komitəsinin toplantısı təxirə salınıb. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Aqşin Mehdiyev məlumat verib.

Xatırladaq ki, toplantı AŞPA-nın oktyabrın 2-6-da keçirilən payız sessiyası çərçivəsində keçirilməli idi.

Səfir qeyd edib ki, sabah AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Constonun Azərbaycan və Ermənistan parlamentlərinin nümayəndə heyətlərinin başçıları ilə görüşü olacaq.

Alt komitənin başçısı Dağlıq Qarabağ üzrə alt komitə üzvlərinin bölgəyə səfərini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti