...

MSK sədri: "Bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin araşdırılmasında maraqlı tərəflərin nümayəndələri iştirak edə bilərlər"

Siyasət Materials 11 Oktyabr 2006 18:03 (UTC +04:00)

"6 oktyabrda keçirilmiş təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş şikayətlərin araşdırılmasında beynəlxalq təşkilatların və başqa maraqlı tərəflərin nümayəndələri iştirak edə bilərlər". Trend in məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın oktyabrın 11-də keçirilən iclasında bildirib.

O qeyd edib ki, bələdiyyə seçkiləri yüksək səviyyədə və şəffaf keçirilib. M.Pənahovun sözlərinə görə, konkret məntəqənin adı göstərilən şikayətlərin sayı cəmi 10-12-dir. Qalan şikayətlər isə ümumi xarakterlidir. MSK sədri əlavə edib ki, şikayətlər əsasında qanun pozuntuları aşkarlanarsa, qanun çərçivəsində ölçü götürüləcək. O həmçinin deyib ki, MSK-da şikayətlərin araşdırılması posesində istənilən maraqlı şəxslər iştirak edə bilərlər.

Bələdiyyə seçkiləri ilə bağlı səsvermədən sonra 3 gün ərzində MSK-ya ümumilikdə 30 müraciət daxil olub. Onların bəziləri təşəkkür məktubları, qalanlaı isə şikayət ərizələridir. Oktyabrın 10-da və 11-də həmin müraciətlərin hamısına baxılıb.

Xəbər lenti

Xəbər lenti