...

Azərbaycan prezidentinin Brüsselə səfər proqramı üzərində işlər görülür

Siyasət Materials 12 Oktyabr 2006 16:40 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfər proqramı üzərində işlər görülür. Bu barədə Trend ə Azərbaycanın NATO-dakı missiyasından məlumat verilib.

Qeyd olunub ki, səfər noyabr ayına nəzərdə tutulub və hələ dəqiq tarix və səfər proqramı məlum deyil. Brüsselə səfər çərçivəsində Avropa Birliyinin rəhbərliyi ilə danışıqlarla yanaşı İlham Əliyev NATO qərargahına baş çəkmək və təşkilat rəhbərliyi ilə məsləhətləşmələr aparmaq niyyətindədir. Bu zaman hər hansı ikitərəfli sənədlərin imzalanması planlaşdırılmır.

Xatırladaq ki, bu günlərdə Bakıya səfəri zamanı NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8-də Brüsselə səfər edəcək. Səfər zamanı dövlət başçısı NATO qərargahında olacaq və NATO baş katibi ilə görüşəcək, təşkilatın müxtəlif qurumlarına baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti