...

Sabah Venesiya Komissiyasında "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan qanununa baxılacaq

Siyasət Materials 13 Oktyabr 2006 19:08 (UTC +04:00)

Trend-i buradan izləyin

Oktyabrın 14-də Avropa Şurası Venesiya Komissiyasının 68-ci plenar sessiyasında "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan qanununun təkmilləşdirilməsinə dair məsələ müzakirə olunacaq. Bu barədə Trend ə eksklüziv olaraq Venesiya Komissiyasının xarici əlaqələr şöbəsinin başçısı Tatyana Mışelova (Tatiana Muchelova) məlumat verib.

O qeyd edib ki, gündəliyə Belorusiya, Qazaxıstan, Çernoqoriya və Ukrayna ilə bağlı məsələlər daxil olunub. Sessiya öz işinə oktyabrın 13-də başlayıb. Sabah, sessiyanın sonuncu günü Azərbaycanla bağlı məruzə dinləniləcək.

Sessiyada Milli Məclisin deputatı Lətif Hüseynov iştirak edir.

Xəbər lenti

Xəbər lenti