...

YAP bələdiyyə seçkilərində qələbə qazanıb

Siyasət Materials 14 Oktyabr 2006 11:33 (UTC +04:00)

6 oktyabr 2006-cı il tarixdə keçirilən təkrar, əlavə və yeni bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası (YAP) qələbə qazanıb. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Verilən məlumata görə, YAP-ın bu seçkilərdə 1115 namizədi (59,74%) bələdiyyə üzvlüyünə seçilib. Sonrakı yerləri isə iqtidaryönlü Anna Vətən Partiyası - 5 nəfər (0,26%), müxalifətdəki Azərbaycan Milli İstiqlal Partiyası - 8 nəfər (0,41%), Müsavat Partiyası - 8 nəfər (0,41%), Vətəndaş Həmrəyliyi Partiyası - 7 nəfər (0,36%), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 6 nəfər (0,31%), iqtidaryönlü Sosial Rifah Partiyası - 10 nəfər (0,52%) və bitərəflərdən 704 nəfər (36,48%) bələdiyyə seçkilərində qələbə qazanıb.

YAP-dan onu da bildiriblər ki, göstərilən ilkin rəqəmlər Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub. Onu da bildirək ki, YAP bu seçkilərdə 2 mindən çox namizədlə iştirak edib.

YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin o zamankı sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-i tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti