...

Qabil Hüseynli: "Müsavat Partiyasında bütün küsülülər barışıb"

Siyasət Materials 16 Oktyabr 2006 16:36 (UTC +04:00)

Müsavat Partiyasında bütün küsülülər barışıb. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Qabil Hüseynli bildirib.

Q.Hüseynli vurğulayıb ki, hələlik partiyada normal iş ahəngi var. Sədr müavini Müsavatda alternativ Məclisin formalaşdırılacağı ilə bağlı qəzetlərdə yazılanlara da aydınlıq gətirib. Bildirib ki, belə bir istək heç vaxt reallaşa bilməz: "Bu fikirdə Məclis üzvü yoxdur. Hətta aramızda söz-söhbət olan adamlar bir-birləri ilə əl tutub ayrılmışıq".

Q.Hüseynli R.Arifoğlunun Məclis üzvlüyündən istefa verib öz mövqeyindən çəkilməyəcəyi ilə bağlı verdiyi qərara da aydınlıq gətirib. Bildirib ki, R.Arifoğlu qəzetçidir, o, daha çox qəzetin qayğısına qalır: "Partiyanın qayğısına isə başqa şəxslər qalır".

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin sentyabrın 30-da keçirilən növbəti toplantısında Sülhəddin Əkbər Məclis sədri seçildikdən sonra partiyadaxilində qruplaşmalar arasında mübarizə kəskinləşdi. R.Arifoğlu Məclis üzvlüyündən istefa verdi. Məclis sədrliyinə namizəd, millət vəkili Nəsib Nəsibli isə partiya rəhbərliyi ilə münasibətlərinə yenidən baxacağını bildirmişdi.

1992-ci ildə yaradılan müxalif Müsavat Partiyasının sədri eks-spiker İsa Qəmbərdir.

Xəbər lenti

Xəbər lenti